8

İNSANCA, PEK İNSANCA (PANDEMİ) ACLIĞA SON 2015-ci ilin sentyabr ayında BMT Baş Assambleyası tərəfindən gələcəkdə dünyada hər cür yoxsulluğu aradan qaldırılması üçün Dayanıqlı İnkişaf Məqsədləri (DİM) adlı proqramı qəbul etmişdir. Həmin proqram 2016-cı ilin yanvar ayından rəsmi olaraq qüvvəyə minib.DİM-in əsas məqsədi 2030-cu ilə kimi dünyada yoxsulluğun azaldılmasıdır. DİM-ə 17 maddə daxildir.Dayanıqlı İnkişaf Məqsədlərindən biri də ACLIĞA SON adlanır. Adından göründüyü kimi yoxsulluğun bir göstəricisi də aclıqdır. Aclığı aradn qaldırmaqla yoxsulluğu da azaltmaq olar.“Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək”Bəs aclığa necə son qoymaq olar? Kənd təsərrüfatı, balıqçılıq kimi sahələri inkişaf etdirməklə insanları həm sağlam qida ilə təmin etmək, həm də aclığa son qoymaq mümkündür. Kənd təsərrüfatının inkişafı isə şirin su qaynaqlarının, minerallarla zəngin torpaq qatının olduğu halda mümkündür. Qlobal iqlim dəyişikliyi, təbiətin çirklənməsi, içməli su ehtiyatının azalması kənd təsərrüfatına da öz mənfi təsirini göstərir. Deməli, ilk növbədə təbiətdə baş verən bu dəyişikliklərin qarşısı alınmalıdır.Hər bir insan öz ətrafına qarşı daha diqqətli olmalı, ana təbiəti qorumalıdır.Bu gün dünyada hər 9 nəfərdən biri , yəni təxminən 795 milyon nəfərkifayət qədər qidalanmır. Aclıqla üzləşən insanların əksəriyyəti inkişaf etməkdə olan ölkələrdə yaşayır. Bu insanların ən böyük hissəsi isə Asiya qitəsinin payına düşüb. Dünyada aclıqdan əziyyət çəkən insanların üçdə ikisi bu qitədə yaşayır. Asiyanın cənubu isə insanların ən çox aclıqdan əziyyət çəkdiyi regiondur. Cənubi Asiyada 281 milyon nəfər insan aclıqla üzüzədir. Aclıqla üzləşən insanların sayının ən yüksək olduğu region Cənubi Asiyadır. 2014-2016-cı illərdə aparılan araşdırmalara görə Afrikanın Böyük Səhradan cənubda yerləşən hissəsində əhalinin 23%-i aclıqdan əziyyət çəkir.Aclıq ya da zəif qidalanma səbəbindən hər il 5 yaşa qədər olan uşaqların yarısı həyatla vidalaşır. Düzgün olmayan, zəif qidalanmanın nəticəsidir ki,dünyada hər dörd uşaqdan biri bəstəboyluqdan əziyyət çəkir. İnkişaf Etməkdə Olan ölkələrdə isə bu göstəricilər daha yüksəkdir. Həmin ölkələrdə ibtidai təhsil pilləsində təhsil alan 66 milyon uşaq dərs boyunca ac olur və bunun 23 milyonu təkcə Afrikanın payına düşür. Bəs bununla necə mübarizə aparmaq olar? Hansı sahələri inkişaf etdirmək lazımdır ki, həmin ölkələrdə aclığın səviyyəsini endirmək mümkün olsun? Kənd təsərrüfatı kənd yerlərində yaşayan yoxsul ailələr üçün ən böyük gəlir mənbəyi və iş yeridir. Bu gün dünya əhalisinin 40 faizinin dolanışığını kənd təsərrüfatı təmin edir. Kənd yerlərində yaşayan yoxsul ailələr üçün ən yaxşı iş və gəlir mənbəyi məhz kənd təsərrüfatıdır.Eyni zamanda insanlar ehtiyaclarındanartıq qida istehlak etməzlərsə, bu da aclığın azalmasına öz təsirini göstərər. Dünyada aclıqdan əziyyət çəkən uşaqların sayının azalmasını istəyiriksə, yeməkləri israf etməməli, ehtiyacımız olduğu qədər qida istehlak etməliyik. SHABNAM MAMMADLİ Aclığa son qoymaq üçün q

9 Publizr Home


You need flash player to view this online publication