İNSANCA, PEK İNSANCA (PANDEMİ) SÜLH - AZADLIQ, ƏDALƏT, BƏRABƏRLİK Sülh - hər bir cəmiyyətin, bütövlükdə bəşəriyyətin arzuladığı dəyər...Sülh dövlətlərin bir-biri ilə münasibətlərinin qeyri-zorakılıq şəraitində qurulması, bir-birinin milli maraqlarını uzlaşdırması deməkdir. Sülh şəraitini müharibə pozur. Sülhsüz nə ictimai, nə də şəxsi təhlükəsizlik mümkün deyil. İnsanlar bəşəri rəmzə çevrilən sülhə can atır. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabrın Beynəlxalq Sülh Günü kimi qeyd olunması barədə qərar qəbul edib.Bu günün əhəmiyyəti zaman keçdikcə, münaqişə ocaqları alovlandıqca üzə çıxır. Sülh bəşəriyyətin ehtiyac duyduğu ən qiymətli vasitədir. Sülh naminə aparılan fəaliyyət həyati əhəmiyyət kəsb etsə də, təəssüflər olsun ki, heç də hər yerdə qorunmur, müdafiə edilmir, zorakılıqlar, milli münaqişələr daha da qloballaşır, fiziki coğrafiyası genişlənir. BMT-nin Baş katibinin hər il Beynəlxalq Sülh Günü münasibətilə dünya xalqlarına müraciətlərində deyilir ki, münaqişələrin səngiməsi, atəşkəs rejiminə tərəflərin qarşılıqlı şəkildə əməl etməsi təkcə insanların əmin-amanlıq şəraitində yaşaması deyil, eyni zamanda inkişaf, tərəqqi, bəşəri təhlükəsizliyə təminatdır. Azərbaycan tolerant dövlətdir. Tolerantlıq milli-mənəvi dəyərlərlə bir sırada tutulur. Tolerantlıq sülhə, əmin-amanlığa çağırışdır. Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir, insan hüquq və azadlıqları hamı üçün bərabər şəkildə təmin olunur. Əhali polietnik, çoxmillətlidi. Ölkədə 80-dən çox etnos münaqişələr müşahidə olunmadan, mehribançılıq və əməkdaşlıq şəraitində yaşayır. Bu faktlar ölkəmizdə azsaylı xalqların və etnik qrupların inkişafı üçün lazımi şəraitin yaradılmasını bir daha sübut edir. Tarixən ölkəmizdə yaşayan insanlar arasında milli, dini ayrı-seçkilik qoyulmayıb, bu gün də qoyulmur. Tolerantlıq, milli-etnik dözümlülük, sıx əməkdaşlıq, bərabər imkanlarla iştirak milli mentalitetimizin ayrılmaz cəhətlərindəndir. Yüzilliklər boyunca Azərbaycanda müxtəlif xalqlar vahid və mehriban bir ailə kimi yaşayaraq bir-birinin dininə, inanc hisslərinə, ibadətgahlarına hörmətlə yanaşıb, zəngin mədəni müxtəlifliyini qoruyub saxlayıb. Cəmiyyət iki şeydən sarsıla bılər - günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə. Bu, müəllifliyi ulu öndər Heydər Əliyevə aid olan və tarixin, eləcə də bu tarixi yaşadan insanların yaddaşına mismar kimi kilidlənmiş ifadələrdən yalnız biridir. SAKİNA HUSEYNOVA Davamlı
43 Publizr Home