İNSANCA, PEK İNSANCA (PANDEMİ) KEYFİYYƏTLİ- TƏHSİL Təhsil almaq hər bir uşağın hüququdur. Uşaqlar kiçik yaşlarından təhsil almağa başlayır. Hər uşaq bərabər imkanlarla təhsil həyatına başlamır. Maddi imkansızlıq,ailədəki problemlər,səhhətdə yaranan nasazlıqlar bizi geriyə sala bilər. Amma buna baxmayaraq hərkəsin bərabər imkanlarla təhsil almaq hüququ var. Təhsil sosial qruplardan asili olmayaraq hərkəs üçün pulsuz olmalıdir. Pulsuz və keyfiyyətli təhsil,dərsliklərlə təmin edilmək,bütün dərslərin ona uyğun şeraitdə tədris etməsi təmin edilməlidir.Kiçik yaş qrupuna mənsub olan uşaqlar məktəbəhazırlıq qruplarında təhsil alaraq müəyyən qədər məktəb bilikləri əldə edir. Şagirdlərin istifadə etdiyi dərsliklər və dərs ləvazimatlarını məktəb onlara pulsuz verir. Bütün şagirdlərin IX sinfə qədər təhsil alması məcburidir. Dərsdən yayınan şagirdlər məktəb rəhbərliyi tərəfindən dərsə cəlb olunur. IX sinfi bitirən şagirdlərə peşə məktəblərində və kolleclərdə təhsil alması üçün şərait yaradılır. Peşə məktəblərində və kolleclərdə təhsil alan şagirdlər məktəb dərsləri ilə parallel olaraq ixtisaslı müllimlərdən əmək vərdişləri öyrənir. Eyni şəkildə XI sinfi bitirən şagirdlərinə də peşə məktəbləri,kollec və universitetlərdə təhsillərinə davam etdirmeyə şərait yaradılır. Bütün oğlan və qız tələbələr bərabər imkanlar verərək informasiya mubadiləsi aparmaq,elektron resusları əl çatan etmək,ixtisas biliklərinə çatmaq üçün bərabər imkanı verir. Fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiya edə bilməsi üçün digər uşaqlarla bərabər təhsil almasına və peşələr seçilməsinə şərait yaradılır. Təhsildə bərabərsizliyə son vermək üçün yaxşı addım olduğu düşünülür. Hətta təkcə gənclərin deyil,həm də yetkinlik yaşda olan insanların peşə bacarığı və sahibkarlıq fəaliyyətlərinin artırılması üçün müxtəlif kurslar təşkil edilir. XXI əsr olmasına baxmayaraq hələ də oxumaq və yazmaq bilməyən insanlar hələ də mövcuddur. Növbəti illərdə bu məsələnin aradan qaldırmaq üçün müəyyən təşəbbüslər göstərmək nəzərdə tutulur. Hamı üçün ixtisaslı və keyfiyyətli təhsilin əl çatan olması təhsilin dövlətimizi digər inkişaf etmiş dövlətlər arasında görmək ümidimizi daha da artırır. Bununla da sübut edə bilərik ki,təhsil millətin gələcəyidir və bizim gələcəyimiz olan şagirdlər onun sayəsində bir günəş kimi parlayacaq. Biz buna güvənirik və peşəsini sevən müəllimlər olaraq təhsildə daha yaxşı innovasiyalar yaratmaq üçün daim çalışırıq. ZAMİRA HASANOVA
17 Publizr Home